HAQQIMIZDA
MİSSİYAMIZ
Ticarət Şəbəkələrinin İnkişafı ictimai birliyi (TŞİİB) ölkədə pərakəndə ticarət sektorunun davamlı inkişafını təmin etmək, biznes mühitini təkmilləşdirmək və istehlakçı məmnuniyyətini artırmaq məqsədilə fəaliyyət göstərir.
Birliyin əsas məqsədləri:
- Dövlət qurumları, özəl sektor və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək qanunvericiliyin təkmilləşdirilməsinə dəstək vermək;
- Pərakəndə ticarətdə rəqabətədavamlı və şəffaf ekosistem yaratmaq;
- Üzvlərinə hüquqi, analitik və təşkilati dəstək göstərmək;
- Qida təhlükəsizliyi və keyfiyyət standartlarının yüksəldilməsinə töhfə vermək;
- Beynəlxalq təcrübələri öyrənərək yerli miqyasda tətbiq etmək.
TŞİİB, sektorun inkişafında katalizator rolunu oynayır və üzvlərinin potensialını maksimum dərəcədə ortaya çıxarmağa xidmət edir.
DAYANIQLILIQ
Birlik yalnız pərakəndə ticarətin say və həcm baxımından genişlənməsinə deyil, həm də sektorun uzunmüddətli dayanıqlılığının təmin edilməsinə fokuslanır.
Bu baxımdan yanaşmamız aşağıdakı prinsiplərə əsaslanır:
- Qida israfının azaldılması və ekoloji məsuliyyətin artırılması;
- Təchizat zəncirində şəffaflıq və təhlükəsizlik standartlarının yüksəldilməsi;
- Sektorun uzunmüddətli iqtisadi sabitliyinin və rəqabət mühitinin qorunması;
- Yerli istehsalçılarla əməkdaşlıq vasitəsilə dayanıqlı təchizat zəncirinin qurulması.
TŞİİB-in məqsədi pərakəndə ticarətin bu gününü gücləndirməklə yanaşı, gələcək nəsillər üçün davamlı və məsuliyyətli sektor modeli formalaşdırmaqdır.
TARİX
TŞİİB, ölkənin aparıcı pərakəndə ticarət şəbəkələrinin təşəbbüsü ilə 2020-ci ildə yaradılmışdır.
Qurulduğu gündən etibarən Birlik:
- Dövlət qurumları ilə əməkdaşlıq mexanizmlərini formalaşdırmış,
- Pərakəndə ticarətdə sistemli problemlərin araşdırılması üzrə işçi qruplar yaratmış,
- Beynəlxalq təcrübənin öyrənilməsi və yerli tətbiqi istiqamətində təşəbbüslər göstərmiş,
- Üzvlərinə hüquqi, analitik və təşkilati dəstək göstərmişdir.
FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
© Ticarət Şəbəkələrinin İnkişafı ictimai birliyi