Tədbirlər
Tədbirlər və görüşlər

23.06.2026
Ticarət Şəbəkələri arasında futbol çempionatının final mərhələsindən görüntülər
ətraflı →
09.06.2026
Azərbaycan Banklar Assosiasiyası ilə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd bank sektoru ilə pərakəndə ticarət şəbəkələri arasında institusional əməkdaşlığın inkişaf etdirilməsini, nağdsız ödənişlər ekosisteminin təkmilləşdirilməsini və bank xidmətlərinin ticarət şəbəkələrinin əməliyyat ehtiyaclarına uyğunlaşdırılması üzrə dialoqun gücləndirilməsini nəzərdə tutur.
ətraflı →
05.06.2026
Ticarət Şəbəkələri arasında futbol çempionatının yarımfinal mərhələsindən görüntülər
ətraflı →
04.06.2026
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edir.
Forum çərçivəsində rəqəmsal təhlükəsizlik, informasiya sistemlərinin qorunması, kiberdayanıqlığın artırılması və müasir çağırışlara uyğun təhlükəsizlik mexanizmləri müzakirə olunur.
ətraflı →
02.06.2026
Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi Minskdə keçirilmiş Belarus–Azərbaycan biznes forumunda təmsil olunub.
Forum çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, institusional təmasların gücləndirilməsi və pərakəndə ticarət şəbəkələri üçün idxal imkanları müzakirə edilib.
ətraflı →
02.06.2026
Ticarət Şəbəkələri arasında futbol çempionatının ikinci turundan görüntülər
ətraflı →
15.05.2026
Ticarət Şəbəkələri arasında futbol çempionatının birinci turundan görüntülər
ətraflı →
08.05.2026
Püşkatma mərasimi
Ticarət Şəbəkələri arasında futbol çempionatının püşkatma mərasimi keçirilib
ətraflı →
07.05.2026
Ticarət Şəbəkələri arasında futbol çempionatının püşkatma mərasimi keçirilib
ətraflı →
24.04.2026
TŞİİB sədri “Retail Technology Show 2026” beynəlxalq sərgi və konfransında iştirak edib.
Avropanın aparıcı pərakəndə texnologiyaları platformalarından biri hesab olunan tədbirdə süni intellekt, omni-channel həllər, retail media, rəqəmsal ödənişlər, təchizat zəncirinin idarə olunması və müştəri təcrübəsi sahələrində təqdim edilən ən son yeniliklərlə tanışlıq olub.
ətraflı →
19.03.2026
TŞİİB Böyük Britaniya səfirinin rəsmi qəbulunda iştirak edib.
Tədbirdə pərakəndə ticarət sektoru nümayəndələri və sahibkarlar bir araya gələrək sektorda mövcud inkişaf meyillərini və əməkdaşlıq imkanlarını müzakirə ediblər. TŞİİB-in İdarə Heyətinin sədri Araz İmanov səfir və səfirliyin nümayəndələri ilə görüş keçirərək pərakəndə ticarət sektorunun inkişafı, eləcə də British Retail Consortium ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.
ətraflı →
10.12.2025
“İstehlakçı siyasəti” üzrə yeni Texniki Komitə yaradılıb
Komitənin yaradılmasında əsas məqsəd istehlakçıların hüquqlarının daha səmərəli qorunması, məhsul və xidmətlərin keyfiyyəti, təhlükəsizliyi və istehlakçılara təqdim olunan məlumatların beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də bu sahədə dövlət qurumları və ictimai birliklər arasında əməkdaşlığın gücləndirilməsidir.
ətraflı →
19.11.2025
TŞİİB Türkiyənin Qida Pərakəndəçiləri Dərnəyi ilə niyyət protokolu imzalayıb
Sənəd tərəflər arasında pərakəndə sektorunda əməkdaşlığın genişləndirilməsini, bilik və təcrübə mübadiləsini, birgə işçi qruplarının yaradılmasını və sektoral inkişafı dəstəkləyən tədbirlərin təşkilini nəzərdə tutur. Protokolun imzalanması, eyni zamanda, gələcək birgə layihələr və institusional əməkdaşlıq üçün mühüm platforma yaradır.
ətraflı →
12.06.2025
Bakıda “Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda media müsabiqəsinin qalibləri mükafatlandırılıb
Mərasimdə çıxış edən Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin baş katibi Araz İmanov pərakəndə ticarət sektorunun ölkə iqtisadiyyatında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, hazırda Azərbaycanda pərakəndə ticarət şəbəkələrinin bazar payı təxminən 30–32 faiz təşkil edir.
ətraflı →