"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edir.
Forum çərçivəsində rəqəmsal təhlükəsizlik, informasiya sistemlərinin qorunması, kiberdayanıqlığın artırılması və müasir çağırışlara uyğun təhlükəsizlik mexanizmləri müzakirə olunur.
Pərakəndə ticarət sektoru üçün kibertəhlükəsizlik xüsusi əhəmiyyət daşıyır. Ticarət şəbəkələri gündəlik olaraq milyonlarla müştəriyə xidmət göstərir, elektron ödəniş sistemləri, rəqəmsal platformalar, logistika həlləri və geniş məlumat bazaları ilə işləyir.
Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi pərakəndə sektorun rəqəmsal dayanıqlığının gücləndirilməsini və bu istiqamətdə institusional dialoqun inkişafını vacib hesab edir.
← Geri
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edir.
04.06.2026


