Xəbərlər
TŞİİB-in ən son xəbərləri

15.10.2026
Bakıda Beynəlxalq Pərakəndə Forumu 2026 keçiriləcək!
“Dialoq. Gələcək. İqtisadiyyat.” şüarı altında təşkil olunan forum müasir pərakəndə ticarətin inkişaf perspektivlərinin, sektorun strateji əhəmiyyətinin və mövcud çağırışlarının müzakirəsi, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və dövlət-biznes dialoqunun gücləndirilməsi üçün yüksək səviyyəli platforma olacaq.
ətraflı →
12.10.2026
Azərbaycan “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib.
Qərar Tokioda keçirilən 22-ci Asiya-Sakit okean pərakəndəçilər konqresi və sərgisi - APRCE 2026 çərçivəsində FAPRA-nın nümayəndə heyətləri rəhbərlərinin toplantısında qəbul olunub.
ətraflı →
08.10.2026
TŞİİB və JRA arasında əməkdaşlıq imkanları müzakirə olunub
Tokioda keçirilən APRCE 2026 çərçivəsində “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi ilə Yaponiya Pərakəndəçilər Assosiasiyası (JRA) arasında görüş keçirilib.
ətraflı →
07.10.2026
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi 7-9 oktyabr tarixlərində Tokioda keçirilən 22-ci Asiya-Sakit okean pərakəndəçilər konqresi və sərgisində - APRCE 2026-da iştirak edir.
Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyası (FAPRA) və Yaponiya Pərakəndəçilər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbir regionun milli pərakəndə assosiasiyalarını, aparıcı şirkət rəhbərlərini və sektor mütəxəssislərini bir araya gətirir
ətraflı →
06.10.2026
Fins.az və PostNews portallarında “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin İdarə Heyətinin sədri Araz İmanovun pərakəndə ticarət sektorunun aktual məsələlərinə dair müsahibəsi yayımlanıb.
Müsahibədə istehlakçı davranışındakı dəyişikliklər, qida pərakəndəsində qiymətlərin formalaşması və mənfəətlilik, yerli istehsalçıların ticarət şəbəkələrinə çıxışı, bank komissiyalarının sektora təsiri, şəffaf rəqabət və pərakəndə ticarətin gələcək inkişaf istiqamətləri barədə fikirlər səsləndirilib.
ətraflı →
02.10.2026
Yunanıstan-Azərbaycan Biznes Forumu çərçivəsində “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi ilə Yunanıstan Pərakəndəçilər Assosiasiyası (SELPE) arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum iki ölkənin pərakəndə sektorları arasında əlaqələrin inkişafı üçün institusional əsas yaradır və Birliyin beynəlxalq əməkdaşlığının genişlənməsində mühüm addımdır.
ətraflı →
01.10.2026
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi 1-2 oktyabr tarixlərində Bakıda keçirilən CAMCA Regional Forum 2026-da iştirak edir.
Dünyanın müxtəlif ölkələrindən dövlət, biznes və ekspert dairələrinin nümayəndələrini bir araya gətirən forumda regional əməkdaşlıq, iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyalar və innovasiyalar müzakirə olunur.
ətraflı →
01.10.2026
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi Yunanıstan–Azərbaycan biznes forumunda iştirak edir.
Birliyin forumda iştirakı pərakəndə ticarət və təchizat sahələrində əməkdaşlıq imkanlarının dəyərləndirilməsi, Yunanıstanın istehsalçı və təchizatçıları ilə üzv şəbəkələr arasında birbaşa işgüzar əlaqələrin təşviqi məqsədi daşıyır.
ətraflı →
01.10.2026
TŞİİB-in Yunanıstana işgüzar səfəri başlayıb
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi pərakəndə ticarət sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Yunanıstanda işgüzar səfərdədir.
ətraflı →
28.09.2026
27 Sentyabr – Anım Günü münasibətilə üzv şirkətlərimizin əməkdaşları ilə birlikdə Şəhidlər xiyabanlarını ziyarət edərək Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad etdik.
Bu torpağın azadlığında onların yarımçıq qalan ömürləri, gerçəkləşməyən arzuları, analarının göz yaşları və övladlarının bir ömür daşıyacağı ata həsrəti var.
ətraflı →
25.09.2026
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) iştirak edir.
Forumun gündəliyində investisiya, regional ticarət, logistika və rəqəmsal transformasiya məsələləri yer alır. Diqqətimiz pərakəndə sektorunda təchizat zəncirlərinin gücləndirilməsi, ödənişlərin səmərəliliyinin artırılması və yeni tərəfdaşlıqların qurulması imkanlarına yönəlib.
ətraflı →
24.09.2026
Sentyabrın 24-də “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi ilə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) arasında anlaşma memorandumu imzalanıb.
Memorandum gömrük rəsmiləşdirilməsi, idxal-ixrac və logistika üzrə təcrübə mübadiləsinə, təchizatın dayanıqlığının və üzv şirkətlərin fəaliyyət səmərəliliyinin artırılmasına yönəlib.
ətraflı →
10.09.2026
Pərakəndənin ortaq gələcəyi və yeni əməkdaşlıq imkanları
İstanbulda keçirilən “Perakende Zirvesi 2026”da iştirakımız davam edir. İkinci günün əsas mövzuları sektorlararası əməkdaşlığın dəyişdirici gücü və pərakəndədə yeni ticarət yanaşmalarıdır. Günün proqramında TPF və digər assosiasiyalar ilə yanaşı, Coca-Cola İçecek, ETİ, Evyap, Nestlé Türkiye, Unilever Türkiye, Sütaş və digər şirkətlərin nümayəndələrinin iştirakı ilə panel müzakirələri yer alır.
ətraflı →
10.09.2026
Azərbaycan pərakəndəsi “Perakende Zirvesi 2026”da
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi Türkiyə Pərakəndəçilər Federasiyasının (TPF) dəvəti ilə İstanbulun Haliç Konqres Mərkəzində keçirilən 17-ci “Perakende Zirvesi”ndə iştirak edir. Pərakəndəçiləri, istehsalçıları və təchizatçıları bir araya gətirən tədbir konfrans və sərgi proqramını əhatə edir.
ətraflı →
03.08.2026
BİRGƏ BƏYANAT
Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi qida və içki sənayesi, pərakəndə ticarət və əlaqəli sahələrə təsir edən qanunların və digər normativ hüquqi aktların hazırlanması və müzakirəsi zamanı sahəvi assosiasiyaların iştirakının təmin olunmasını vacib hesab edirlər.
ətraflı →
31.07.2026
Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası ilə “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi arasında Anlaşma Memorandumu imzalanıb
Memorandum qida və içki istehsalçıları ilə pərakəndə ticarət şəbəkələri arasında dialoqun inkişaf etdirilməsini, yerli istehsalçıların müasir pərakəndə ticarət tələbləri barədə məlumatlandırılmasını, məhsulların keyfiyyəti və təhlükəsizliyi, təchizat və logistika məsələləri üzrə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
ətraflı →
04.07.2026
"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində olub.
Görüşdə pərakəndə ticarət sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı ilə əmək qanunvericiliyinin tətbiqi, işəgötürənlərin qarşılaşdıqları hüquqi və praktiki məsələlər, inzibati məsuliyyət mexanizmləri, eləcə də dövlət–özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
ətraflı →
04.07.2026
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədri Araz İmanov AZƏRTAC-a açıqlama verib.
Açıqlamada Türk dünyasında iqtisadi inteqrasiya, pərakəndə ticarət, logistika və rəqəmsal ödənişlər üzrə əməkdaşlıq imkanlarından bəhs olunub.
ətraflı →
25.06.2026
24 iyun tarixində Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi “Sürdürülebilir Perakende Konferansı”nda onlayn iştirak edib.
Konfrans çərçivəsində pərakəndə sektorunun gələcəyinə təsir göstərən əsas istiqamətlər müzakirə olunub. Ailə strukturunun dəyişməsi və elektron ticarətin sürətli inkişafı fonunda istehlakçı davranışlarının yenidən formalaşdığı, kiçik pərakəndəçilərin çevikliyinin, böyük şəbəkələrin isə müştərilərlə qurduğu etibarlı münasibətlərin mühüm üstünlük olduğu vurğulanıb.
ətraflı →
09.06.2026
Azərbaycan Banklar Assosiasiyası ilə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd bank sektoru ilə pərakəndə ticarət şəbəkələri arasında institusional əməkdaşlığın inkişaf etdirilməsini, nağdsız ödənişlər ekosisteminin təkmilləşdirilməsini və bank xidmətlərinin ticarət şəbəkələrinin əməliyyat ehtiyaclarına uyğunlaşdırılması üzrə dialoqun gücləndirilməsini nəzərdə tutur.
ətraflı →
05.06.2026
Ticarət Şəbəkələri arasında futbol çempionatının yarımfinal mərhələsi
Ticarət Şəbəkələri arasında futbol çempionatının yarımfinal mərhələsindən görüntülər
ətraflı →
04.06.2026
Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi Minskdə keçirilmiş Belarus–Azərbaycan biznes forumunda təmsil olunub.
Forum çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, institusional təmasların gücləndirilməsi və pərakəndə ticarət şəbəkələri üçün idxal imkanları müzakirə edilib.
ətraflı →02.06.2026
Futbol çempionatının 2ci turu
Ticarət Şəbəkələri arasında futbol çempionatının ikinci turundan görüntülər
ətraflı →30.05.2026
TŞİİB sədri geniş müsahibə verib
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədri Araz Imanov pərakəndə ticarət sektorunun bugünkü vəziyyəti, mövcud çağırışlar, bazarda müşahidə olunan əsas tendensiyalar və sektorun inkişaf perspektivləri barədə geniş müsahibə ver
ətraflı →21.05.2026
Araz İmanov FED.az geniş müsahibə verib
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədri Araz İmanov FED.az biznes və maliyyə xəbərləri portalına geniş müsahibə verib.Müsahibədə pərakəndə ticarət sektorunun hazırkı vəziyyəti, qeyri-neft sektorunda ticarət şəbəkələrinin r
ətraflı →12.05.2026
TŞİİB-dən maraqlı əməkdaşlıq imkanları
Azərbaycanda bazar iqtisadiyyatının inkişafına göstərilən dövlət dəstəyi və yaradılan əlverişli biznes mühiti sahibkarlıq subyektlərinin daha geniş fəaliyyət göstərməsinə şərait yaradır. Həyata keçirilən iqtisadi islahatlar yerli iş adamlar
ətraflı →08.05.2026
TŞİİB və “Azərişıq” ASC arasında işgüzar görüş
TŞİİB və “Azərişıq” ASC arasında işgüzar görüş keçirilib“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin üzvləri ilə “Azərişıq” ASC-nin nümayəndələri arasında işgüzar görüş keçirilib.Görüş çərçivəsində iri ticarət şəbəkələrinin elektrik
ətraflı →08.05.2026
Püşkatma mərasimi
Ticarət Şəbəkələri arasında futbol çempionatının püşkatma mərasimi keçirilib
ətraflı →
07.05.2026
Ticarət Şəbəkələri arasında futbol çempionatının birinci turundan görüntülər
ətraflı →01.05.2026
Futbol çempionatı
Ticarət şəbəkələri arasında futbol çempionatı gələn həftə başlayır.28 May – Müstəqillik Gününə həsr olunan çempionat pərakəndə sektorunun nümayəndələrini idman meydanında bir araya gətirəcək.Bu təşəbbüs təkcə yarış deyil, həm də sağlam rəqa
ətraflı →25.04.2026
TŞİİB və RTS 2026
TŞİİB sədri RTS 2026 çərçivəsində pərakəndə sektorunun gələcəyinə dair müzakirələrdə iştirak edib.“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin sədri Araz İmanov Retail Technology Show 2026 çərçivəsində pərakəndə sektorunun gələcək in
ətraflı →23.04.2026
TŞİİB sədri Britaniya Pərakəndə Konsorsiumunun rəhbəri ilə görüş
TŞİİB sədri Britaniya Pərakəndə Konsorsiumunun rəhbəri ilə görüşüb“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədri Araz İmanov Londonda keçirilən “Retail Technology Show 2026” çərçivəsində Britaniya Pərakəndə Konsorsiumunun (BRC) r
ətraflı →23.04.2026
Retail Technology Show 2026
TŞİİB sədri RTS 2026 çərçivəsində aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədri Araz İmanov Londonda keçirilən “Retail Technology Show 2026” çərçivəsində bir
ətraflı →20.04.2026
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib.Görüşdə Birliyin sədri Araz İmanov, üzv şirkətlərin nümayəndələri, Agentliyin İdarə Heyəti sədrin
ətraflı →20.04.2026
Böyük Britaniyanın Azərbaycandakı səfirinin ev sahibliyi ilə tədbir keçirilib.
18 mart tarixində Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zati-aliləri cənab Fergus Auld OBE-nin ev sahibliyi ilə təşkil olunan qəbul mərasimində iştirak edib.Tədbird
ətraflı →16.04.2026
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində görüş
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib.Görüşdə dövlət–özəl dialoqunun inkişafı, sağlam rəqabət mühitinin təşviqi, ticarət sektoru
ətraflı →15.04.2026
Dövlət Vergi Xidməti ilə görüş
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin üzvləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin nümayəndələri arasında işgüzar görüş keçirilmişdir.Görüş çərçivə
ətraflı →26.02.2026
Xocalı faciəsi
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin heyəti Xocalı abidəsini ziyarət edərək faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.Xocalı faciəsi xalqımızın yaddaşına həkk olunmuş ən ağır və kədərli səhifələrdən biridir. Bu ab
ətraflı →23.02.2026
Qapalı dəyirmi masa müzakirələri
“Business Talks by PASHA Holding” platforması çərçivəsində ilk qapalı dəyirmi masa müzakirələri“PAŞA Holding”in “Business Talks by PASHA Holding” platforması çərçivəsində ilk qapalı dəyirmi masa müzakirələri keçirilib.Müzakirələrin əsas möv
ətraflı →22.01.2026
20 yanvar faciəsinin ildönümü
20 Yanvar faciəsinin ildönümündə “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin heyəti Şəhidlər Xiyabanını ziyarət etmişdir.Ziyarət zamanı Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzəri
ətraflı →11.11.2025
RNDU and BRC
Retail Networks Development Union (RNDU) at the British Retail Consortium (BRC), LondonToday marks an important milestone in the international development of the RNDU.Our delegation met with Mr. Tom McCarthy, Public Affairs Manager of the B
ətraflı →08.11.2025
Zəfər Günü
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin heyəti "Zəfər Günü" münasibətilə Şəhidlər xiyabanları və Ulu Öndərin məzarını ziyarət etmişdir. Bu günü yaşamağımız üçün keçdiyimiz 30 illik yolda ömrünü, canını, sağlamlığını qurban vermi
ətraflı →
12.06.2025
Bakıda “Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda media müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mərasimdə çıxış edən Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin baş katibi Araz İmanov pərakəndə ticarət sektorunun ölkə iqtisadiyyatında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, hazırda Azərbaycanda pərakəndə ticarət şəbəkələrinin bazar payı təxminən 30–32 faiz təşkil edir.
ətraflı →