Məzmuna keçin

Xəbərlər - Ticarət Şəbəkələri - iqtisadiyyatın gücü!

Skip menu
Skip menu
AZ | EN
AZ  |  EN
AZ  |  EN
← Geri

Sentyabrın 24-də “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi ilə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) arasında anlaşma memorandumu imzalanıb.

Sentyabrın 24-də “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi ilə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) arasında anlaşma memorandumu imzalanıb.

Sənədi Birliyin İdarə Heyətinin sədri Araz İmanov və AGTL-nin sədri Vüsal Qasımov imzalayıblar.

Memorandum gömrük rəsmiləşdirilməsi, idxal-ixrac və logistika üzrə təcrübə mübadiləsinə, təchizatın dayanıqlığının və üzv şirkətlərin fəaliyyət səmərəliliyinin artırılmasına yönəlib.

Əməkdaşlıq, həmçinin bu sahələrə təsir edən qanun və digər normativ hüquqi akt layihələrinin ictimai müzakirəsində iştirak və aidiyyəti dövlət qurumlarına ümumiləşdirilmiş sahəvi təcrübəyə əsaslanan rəy və təkliflərin təqdim edilməsi imkanlarını əhatə edir. Məqsəd nəzərdə tutulan tənzimləmələrin praktiki tətbiqinin əvvəlcədən qiymətləndirilməsinə və mümkün icra çətinliklərinin azaldılmasına töhfə verməkdir.

Məqaləyə qayıt