Məzmuna keçin

Rəsmi açıqlamalar - Ticarət Şəbəkələri - iqtisadiyyatın gücü!

Skip menu
Skip menu
AZ | EN
AZ  |  EN
AZ  |  EN

Rəsmi açıqlamalar

Rəsmi açıqlamalar və bəyanatlar

20.07.2026
Mərkəzi Bankın 2026-cı ilin may ayı üzrə statistik bülleteninə əsasən, bank sektorunun xalis mənfəəti ilin ilk beş ayında 557,1 milyon manata çatıb
Güclü və gəlirli bank sektoru iqtisadiyyat üçün vacibdir. Eyni zamanda, aşağı mənfəət marjası ilə fəaliyyət göstərən real sektor üçün kredit, POS və ekvayrinq xidmətlərinin daha əlçatan şərtlərlə təqdim olunması da mühüm əhəmiyyət daşıyır.
ətraflı →
20.07.2026
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş Rəqəmsal İnkişaf Şurasının ilk iclasında rəqəmsallaşma, yerli innovasiya ekosisteminin inkişafı və texnoloji suverenliyin gücləndirilməsi üzrə mühüm prioritetlər müəyyən edildi.
Pərakəndə ticarət sektoru bu prosesin vətəndaşa ən yaxın tətbiq sahələrindən biridir. Üzv şəbəkələrimizdə nağdsız dövriyyənin 70 faizə yaxınlaşması yerli FinTech və ödəniş həllərinin sınaqdan keçirilməsi və geniş tətbiqi üçün böyük imkan yaradır.
ətraflı →
20.07.2026
Qida təhlükəsizliyi yalnız istehsal və nəzarət məsələsi deyil, həm də ictimai sağlamlıq, istehlakçı etimadı və dayanıqlı ticarət mühitinin əsas şərtlərindən biridir.
Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi hesab edir ki, təhlükəsiz qida zənciri istehsalçıdan son istehlakçıya qədər bütün mərhələlərdə məsuliyyətli yanaşma, şəffaflıq, düzgün saxlanma, daşınma və satış standartlarının ardıcıl tətbiqi ilə formalaşır.
ətraflı →
20.07.2026
Mərkəzi Bankın 12 mart 2026-cı il tarixli press-relizində nağdsız ödənişlərin genişləndirilməsi və rəqəmsal ödəniş infrastrukturunun inkişafı bir daha prioritet istiqamət kimi qeyd olunmuşdur.
Bu yanaşma iqtisadiyyatın rəqəmsallaşması və maliyyə xidmətlərinin əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşısa da, mövcud POS komissiya strukturu prosesin iqtisadi tərəfinin də nəzərə alınmasını zəruri edir. Xüsusilə aşağı marja ilə fəaliyyət göstərən pərakəndə ticarət sektorunda nağdsız ödənişlərin artması əlavə əməliyyat xərcləri formalaşdırır.
ətraflı →
Məqaləyə qayıt