Məzmuna keçin

Rəsmi açıqlamalar - Ticarət Şəbəkələri - iqtisadiyyatın gücü!

Skip menu
Skip menu
AZ | EN
AZ  |  EN
AZ  |  EN
← Geri

Mərkəzi Bankın 2026-cı ilin may ayı üzrə statistik bülleteninə əsasən, bank sektorunun xalis mənfəəti ilin ilk beş ayında 557,1 milyon manata çatıb

Mərkəzi Bankın 2026-cı ilin may ayı üzrə statistik bülleteninə əsasən, bank sektorunun xalis mənfəəti ilin ilk beş ayında 557,1 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 126,4 milyon manat və ya 29,3% artım deməkdir.

Güclü və gəlirli bank sektoru iqtisadiyyat üçün vacibdir. Eyni zamanda, aşağı mənfəət marjası ilə fəaliyyət göstərən real sektor üçün kredit, POS və ekvayrinq xidmətlərinin daha əlçatan şərtlərlə təqdim olunması da mühüm əhəmiyyət daşıyır.

“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi olaraq Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlığımız və davam edən dialoq çərçivəsində hesab edirik ki, nağdsız ödənişlərin payı artdıqca komissiyaların azalması, yeni interçeync hədlərinin real tariflərdə əks olunması və yerli ödəniş alətlərinin daha sərfəli şərtlərlə tətbiqi həm bankların, həm biznesin, həm də istehlakçıların marağındadır.

Məqaləyə qayıt