Mərkəzi Bankın 12 mart 2026-cı il tarixli press-relizində nağdsız ödənişlərin genişləndirilməsi və rəqəmsal ödəniş infrastrukturunun inkişafı bir daha prioritet istiqamət kimi qeyd olunmuşdur.
https://www.cbar.az/press-release-5438/central-bank-continues-efforts-to-expand-digital-payments
Bu yanaşma iqtisadiyyatın rəqəmsallaşması və maliyyə xidmətlərinin əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşısa da, mövcud POS komissiya strukturu prosesin iqtisadi tərəfinin də nəzərə alınmasını zəruri edir. Xüsusilə aşağı marja ilə fəaliyyət göstərən pərakəndə ticarət sektorunda nağdsız ödənişlərin artması əlavə əməliyyat xərcləri formalaşdırır.
Nağdsız ödənişlərin təşviqi ilə bağlı tətbiq olunan mexanizmlərin effektivliyinin artırılması üçün komissiya modelinin də bu hədəflərlə uyğunlaşdırılması vacibdir. Bu kontekstdə Mərkəzi Bank tərəfindən təşviq edilən AZQR kimi yerli ödəniş həllərinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Yerli ödəniş alətlərinin geniş tətbiqi uzunmüddətli perspektivdə daha dayanıqlı və səmərəli ödəniş ekosisteminin formalaşmasına töhfə verə bilər.
Bu istiqamətdə dövlət və özəl sektor arasında dialoqun təşkilini davam etdiririk.
← Geri
Mərkəzi Bankın 12 mart 2026-cı il tarixli press-relizində nağdsız ödənişlərin genişləndirilməsi və rəqəmsal ödəniş infrastrukturunun inkişafı bir daha prioritet istiqamət kimi qeyd olunmuşdur.
20.07.2026
