Qida təhlükəsizliyi yalnız istehsal və nəzarət məsələsi deyil, həm də ictimai sağlamlıq, istehlakçı etimadı və dayanıqlı ticarət mühitinin əsas şərtlərindən biridir.
Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi hesab edir ki, təhlükəsiz qida zənciri istehsalçıdan son istehlakçıya qədər bütün mərhələlərdə məsuliyyətli yanaşma, şəffaflıq, düzgün saxlanma, daşınma və satış standartlarının ardıcıl tətbiqi ilə formalaşır.
Pərakəndə ticarət şəbəkələri bu prosesdə mühüm həlqədir. Gündəlik olaraq milyonlarla istehlakçı ilə təmasda olan şəbəkələr üçün qida təhlükəsizliyi həm peşəkar öhdəlik, həm də cəmiyyət qarşısında məsuliyyətdir.
Bu əlamətdar gündə Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirir, qida təhlükəsizliyi mədəniyyətinin daha da gücləndirilməsi naminə dövlət qurumları, biznes subyektləri və istehlakçılar arasında əməkdaşlığın vacibliyini vurğulayırıq.
Təhlükəsiz qida - sağlam cəmiyyət, güclü iqtisadiyyat və dayanıqlı gələcək deməkdir.
← Geri
Qida təhlükəsizliyi yalnız istehsal və nəzarət məsələsi deyil, həm də ictimai sağlamlıq, istehlakçı etimadı və dayanıqlı ticarət mühitinin əsas şərtlərindən biridir.
20.07.2026
