Məzmuna keçin

Xəbərlər - Ticarət Şəbəkələri - iqtisadiyyatın gücü!

Skip menu
Skip menu
AZ | EN
AZ  |  EN
AZ  |  EN
← Geri

Retail Technology Show 2026

TŞİİB sədri RTS 2026 çərçivəsində aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədri Araz İmanov Londonda keçirilən “Retail Technology Show 2026” çərçivəsində bir sıra aparıcı texnologiya və həll təminatçıları ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan pərakəndə sektorunun cari çağırışları və prioritetləri, xüsusilə mağazadaxili qiymət idarəçiliyinin rəqəmsallaşdırılması, ödəniş infrastrukturunun təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması və innovativ həllərin tətbiqi ilə bağlı məsələlər təqdim olunub. Eyni zamanda, mümkün əməkdaşlıq istiqamətləri və təcrübə mübadiləsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Rəqəmsal qiymət etiketləri istiqaməti üzrə Etag-Tech, Pricer, Patron ESL, ZKONG və Hanshow şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib. Ödəniş sistemləri sahəsində isə Ingenico və Verifone şirkətləri ilə müzakirələr aparılıb.

Bununla yanaşı, Sony, IBM, invent.ai, Optimum Retailing, Ergonomic Solutions, Logile, Diebold Nixdorf, FreedomPay, Nayax, Newland NPT, Bizie, Sensormatic, Proximity, Aura Vision, Datecs, Worldpay, Transaction Tree, Simbe Robotics, Lloyds Bank və Favewatch şirkətlərinin nümayəndələri ilə də görüşlər olub.

TŞİİB beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl texnologiyaların izlənilməsi və Azərbaycan pərakəndə sektoru üçün faydalı tərəfdaşlıq imkanlarının araşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Məqaləyə qayıt