Azərbaycan Banklar Assosiasiyası ilə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd bank sektoru ilə pərakəndə ticarət şəbəkələri arasında institusional əməkdaşlığın inkişaf etdirilməsini, nağdsız ödənişlər ekosisteminin təkmilləşdirilməsini və bank xidmətlərinin ticarət şəbəkələrinin əməliyyat ehtiyaclarına uyğunlaşdırılması üzrə dialoqun gücləndirilməsini nəzərdə tutur.
Memorandum çərçivəsində POS-terminal və ekvayrinq xidmətləri, kart ödənişləri, QR əsaslı ödəniş mexanizmləri, rəqəmsal maliyyə alətləri və digər bank xidmətləri üzrə praktiki məsələlərin müzakirəsi planlaşdırılır.
Bu əməkdaşlıq bank və pərakəndə ticarət sektorları arasında davamlı dialoq platformasının formalaşdırılmasına və qarşılıqlı faydalı təşəbbüslərin inkişafına xidmət edəcək.
← Geri
Azərbaycan Banklar Assosiasiyası ilə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
09.06.2026