18 mart tarixində Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zati-aliləri cənab Fergus Auld OBE-nin ev sahibliyi ilə təşkil olunan qəbul mərasimində iştirak edib.
Tədbirdə pərakəndə ticarət sektoru nümayəndələri və sahibkarlar bir araya gələrək mövcud inkişaf meyilləri və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Birliyin sədri Araz İmanov Səfir və səfirliyin nümayəndələri ilə görüşərək sektorun inkişaf perspektivləri, eləcə də "British Retail Consortium" daxil olmaqla Britaniya tərəfdaşları ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
Birlik nümayəndələri həmçinin biznes təmsilçiləri ilə sektorun əsas çağırışları və birgə təşəbbüslər üçün potensial istiqamətlər barədə fikir mübadiləsi aparıblar.