“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi 7-9 oktyabr tarixlərində Tokioda keçirilən 22-ci Asiya-Sakit okean pərakəndəçilər konqresi və sərgisində - APRCE 2026-da iştirak edir.
Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyası (FAPRA) və Yaponiya Pərakəndəçilər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbir regionun milli pərakəndə assosiasiyalarını, aparıcı şirkət rəhbərlərini və sektor mütəxəssislərini bir araya gətirir. Konqresdə pərakəndə ticarətin gələcəyi, süni intellekt və rəqəmsal transformasiya, məlumatların idarə edilməsi, logistika və təchizat zəncirləri, müştəri təcrübəsi və yeni pərakəndə modelləri müzakirə olunur.
TŞİİB-in APRCE 2026-da iştirakı Asiya-Sakit okean regionunun təcrübəsinin öyrənilməsi, beynəlxalq peşəkar əlaqələrin genişləndirilməsi və Azərbaycan pərakəndə sektorunun xarici tərəfdaşlarla dialoqunun gücləndirilməsinə xidmət edir.
← Geri
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi 7-9 oktyabr tarixlərində Tokioda keçirilən 22-ci Asiya-Sakit okean pərakəndəçilər konqresi və sərgisində - APRCE 2026-da iştirak edir.
07.10.2026
