Məzmuna keçin

Xəbərlər - Ticarət Şəbəkələri - iqtisadiyyatın gücü!

Skip menu
Skip menu
AZ | EN
AZ  |  EN
AZ  |  EN
← Geri

Dövlət Vergi Xidməti ilə görüş

“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin üzvləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin nümayəndələri arasında işgüzar görüş keçirilmişdir.

Görüş çərçivəsində pərakəndə ticarət sektorunda fəaliyyət göstərən sahibkarların gündəlik əməliyyat fəaliyyəti zamanı qarşılaşdıqları vergi və tənzimləmə xarakterli praktiki məsələlər müzakirə olunmuş, sektor üzrə formalaşdırılmış təkliflər Dövlət Vergi Xidmətinin diqqətinə çatdırılmışdır.

Müzakirələrin əsas mövzularından biri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi mexanizmləri olmuşdur. Bu çərçivədə qida və qeyri-qida məhsulları üzrə təbii itki normalarına yenidən baxılması, eləcə də xarabolma halları üzrə daha vahid və praktik tənzimləmə mexanizmlərinin formalaşdırılması ilə bağlı təkliflər təqdim edilmişdir.

“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi pərakəndə ticarət sektorunun institusional təmsilçisi qismində dövlət qurumları ilə sistemli dialoqu davam etdirərək, üzv şirkətlərin qarşılaşdığı praktiki məsələlərin həlli istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

Məqaləyə qayıt