TŞİİB sədri RTS 2026 çərçivəsində pərakəndə sektorunun gələcəyinə dair müzakirələrdə iştirak edib.
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin sədri Araz İmanov Retail Technology Show 2026 çərçivəsində pərakəndə sektorunun gələcək inkişaf istiqamətlərinə həsr olunmuş panel və müzakirələrdə iştirak edib.
Tədbir proqramında Britaniya Pərakəndə Konsorsiumunun rəhbəri Helen Dickinson-un çıxışı, Marks & Spencer-in rəhbəri Archie Norman-ın təqdimatı, həmçinin süni intellektin pərakəndə sektorda tətbiqi, mağaza məhsuldarlığının artırılması, retail media, rəqəmsal identifikasiya, innovasiya idarəçiliyi və müştəri təcrübəsinin gələcəyi kimi mövzular yer alıb.
Sessiyalarda səsləndirilən yanaşmalar və təqdim olunan həllər Azərbaycan pərakəndə sektoru üçün də maraqlı və faydalı istiqamətlər kimi diqqət çəkib.