"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində olub.
Görüşdə pərakəndə ticarət sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı ilə əmək qanunvericiliyinin tətbiqi, işəgötürənlərin qarşılaşdıqları hüquqi və praktiki məsələlər, inzibati məsuliyyət mexanizmləri, eləcə də dövlət–özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi tərəfindən iri pərakəndə ticarət müəssisələrinin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla, üzv şirkətlərin qarşılaşdığı məsələlər diqqətə çatdırılıb, onların həlli ilə bağlı təkliflər təqdim olunub.
Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "DOST Müfəttiş" və "Nümunəvi müəssisə" layihələri barədə ətraflı məlumat verilib, bu təşəbbüslərin əmək qanunvericiliyinə könüllü uyğunluğun artırılması və işəgötürənlərin maarifləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq şəraitində keçib. Tərəflər əmək qanunvericiliyinin düzgün tətbiqi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və pərakəndə ticarət sektorunda əmək münasibətlərinin daha da təkmilləşdirilməsi məqsədilə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi ilə Dövlət Əmək Müfəttişliyi Xidməti arasında institusional əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən əməkdaşlıq haqqında memorandumun imzalanması perspektivləri də müzakirə olunub.
← Geri
"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində olub.
20.07.2026


