24 iyun tarixində Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi “Sürdürülebilir Perakende Konferansı”nda onlayn iştirak edib.
Konfrans çərçivəsində pərakəndə sektorunun gələcəyinə təsir göstərən əsas istiqamətlər müzakirə olunub. Ailə strukturunun dəyişməsi və elektron ticarətin sürətli inkişafı fonunda istehlakçı davranışlarının yenidən formalaşdığı, kiçik pərakəndəçilərin çevikliyinin, böyük şəbəkələrin isə müştərilərlə qurduğu etibarlı münasibətlərin mühüm üstünlük olduğu vurğulanıb.
Həmçinin yeni bazarlarda yerli dinamikalara uyğunlaşan sağlam böyümə modeli, məhsulların karbon izi və tərkibi barədə məlumatları əks etdirən QR əsaslı rəqəmsal pasportların tətbiqi, eləcə də istifadəyə yararlı məhsulların alternativ satış və sosial dəstək kanalları vasitəsilə dəyərləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Müzakirələr bir daha göstərib ki, dayanıqlılıq artıq pərakəndə sektorunda ayrıca istiqamət deyil, biznes modelinin, texnologiyanın və istehlakçı münasibətlərinin ayrılmaz hissəsinə çevrilir.
Konfransın təşkilinə və dəvətə görə Gıda Perakendecileri Derneğinə təşəkkür edirik.
← Geri
24 iyun tarixində Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi “Sürdürülebilir Perakende Konferansı”nda onlayn iştirak edib.
20.07.2026






