27 Sentyabr – Anım Günü münasibətilə üzv şirkətlərimizin əməkdaşları ilə birlikdə Şəhidlər xiyabanlarını ziyarət edərək Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad etdik.
Bu torpağın azadlığında onların yarımçıq qalan ömürləri, gerçəkləşməyən arzuları, analarının göz yaşları və övladlarının bir ömür daşıyacağı ata həsrəti var.
Əziz şəhidlərimiz, ruhunuz qarşısında baş əyirik — sizə borcumuz yalnız xatırlamaq deyil, canınız bahasına qoruduğunuz Vətənə layiq olmaqdır.
Kölgələri Vətənin üzərində olan şəhidlərimizin ruhları həmişə şad olsun!
← Geri

28.09.2026