“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin (TŞİİB) sədri Araz İmanov Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “Retail Technology Show 2026” beynəlxalq sərgi və konfransında iştirak edib.
Avropanın aparıcı pərakəndə texnologiyaları platformalarından biri hesab olunan tədbirdə süni intellekt, omni-channel həllər, retail media, rəqəmsal ödənişlər, təchizat zəncirinin idarə olunması və müştəri təcrübəsi sahələrində təqdim edilən ən son yeniliklərlə tanışlıq olub.
Səfər çərçivəsində beynəlxalq şirkət və təşkilatların nümayəndələri ilə görüşlər keçirilib, pərakəndə sektorunda qabaqcıl təcrübə, innovativ texnoloji həllər və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə əldə olunan təcrübənin ölkəmizdə pərakəndə sektorunun inkişafı, rəqəmsal transformasiyanın təşviqi və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından faydalı olacağı vurğulanıb.
← Geri

24.04.2026