Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə “İstehlakçı siyasəti” üzrə yeni Texniki Komitə (AZSTAND/TK 53) təsis edilib.
Komitənin yaradılmasında əsas məqsəd istehlakçıların hüquqlarının daha səmərəli qorunması, məhsul və xidmətlərin keyfiyyəti, təhlükəsizliyi və istehlakçılara təqdim olunan məlumatların beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də bu sahədə dövlət qurumları və ictimai birliklər arasında əməkdaşlığın gücləndirilməsidir.
Texniki Komitənin ilk iclasında aidiyyəti dövlət qurumlarının, eləcə də istehlakçı hüquqları və pərakəndə sektorunu təmsil edən ictimai birliklərin nümayəndələri iştirak ediblər. İclasda istehlakçılar üçün məlumatlandırma, xidmət standartlarının hazırlanması və qablaşdırmada istehlakçı ehtiyaclarının nəzərə alınmasına dair üç milli standart layihəsi müzakirə olunub. Layihələrin istehlakçıların düzgün məlumatlandırılmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə, məhsulların təhlükəsiz qablaşdırılmasına və ölkədə istehlakçı hüquqlarının beynəlxalq tələblərə uyğun inkişafına töhfə verəcəyi vurğulanıb.
Müzakirələrin yekununda Komitə üzvlərinin rəy və təklifləri nəzərə alınaraq standart layihələrinin təkmilləşdirilməsi və təsdiq üçün təqdim edilməsi qərara alınıb.
← Geri

10.12.2025