TŞİİB-in tərəfdaşlığı ilə sürücülərin sertifikasiyasına dair görüş keçirilib
16 oktyabr tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) təşkilatçılığı və “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin tərəfdaşlığı ilə ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin sertifikasiyasına dair məlumatlandırma görüşü keçirilib.
Görüşdə TŞİİB-ə üzv “Grandmart”, “Bravo”, “Araz Market”, “Bazarstore”, “Tamstore”, “Neptun”, “Rahat”, “AL Market”, “OBA Market” və “Baku Electronics” şəbəkələrinin, həmçinin logistika sektorunun nümayəndələri iştirak ediblər.
Tədbirdə sürücülərin sertifikasiyası, xüsusi hazırlıq və təlim prosesi, tətbiq olunan tələblər və şirkətləri maraqlandıran praktiki məsələlər müzakirə olunub.
← Geri
TŞİİB-in tərəfdaşlığı ilə sürücülərin sertifikasiyasına dair görüş keçirilib
16.10.2026


