Məzmuna keçin

Xəbərlər - Ticarət Şəbəkələri - iqtisadiyyatın gücü!

Skip menu
Skip menu
AZ | EN
AZ  |  EN
AZ  |  EN
← Geri

POS komissiyaları ilə bağlı dialoqda mühüm irəliləyiş

POS komissiyaları ilə bağlı dialoqda mühüm irəliləyiş

“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi Mərkəzi Bankın sədri Taleh Kazımovun nağdsız ödənişlərin qəbulu üzrə yüksək komissiyalar barədə açıqlamasını və Visa və Mastercard ilə tariflərin aşağı salınması istiqamətində aparılan danışıqları müsbət qarşılayır.

Birliyimiz üzv ticarət şəbəkələrinin üzləşdiyi komissiya yükünü uzun müddətdir dövlət qurumları və bank sektoru ilə müzakirələrdə ardıcıl şəkildə gündəmə gətirir. Müraciətlərimizdə bu xərclərin pərakəndə ticarətin dayanıqlığına təsirini vurğulamış, onların azaldılması üçün təkliflər təqdim etmişik.

Qaldırdığımız problemin Mərkəzi Bank rəhbərliyi səviyyəsində açıq ifadə olunmasını, tarif artımlarının səbəblərinə diqqət yönəldilməsini və həll istiqamətində danışıqların aparılmasını üzv şəbəkələrimiz üçün mühüm irəliləyiş hesab edirik. Bu, davamlı dövlət-biznes dialoqunun əhəmiyyətini bir daha göstərir.

Mərkəzi Bankın məsələyə göstərdiyi diqqəti və beynəlxalq ödəniş təşkilatları ilə apardığı işi yüksək qiymətləndiririk. Nağdsız ödənişlərin inkişafı ortaq məqsədimizdir. Bu inkişafın sahibkar üçün getdikcə ağırlaşan komissiya yükü ilə müşayiət olunmaması isə əsas gözləntimizdir.

Növbəti mərhələdə danışıqların nəticələrinin ticarət şəbəkələrinin ödədiyi yekun POS komissiyalarında hiss olunan və davamlı azalma ilə əksini tapacağına ümid edirik.

Birliyimiz üzvlərinin maraqlarını təmsil edərək, daha sərfəli və şəffaf ödəniş şərtlərinə nail olmaq üçün Mərkəzi Bank və bank sektoru ilə əməkdaşlığını davam etdirəcək.

Məqaləyə qayıt