Məzmuna keçin

Xəbərlər - Ticarət Şəbəkələri - iqtisadiyyatın gücü!

Skip menu
Skip menu
AZ | EN
AZ  |  EN
AZ  |  EN
← Geri

TŞİİB Pərakəndə texnologiyaları sammitində təmsil olunub

Noyabrın 4-də Londonda keçirilən Pərakəndə texnologiyaları sammitində (“Retail Tech Summit 2026”) “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi (TŞİİB) təmsil olunub.

Tədbirdə pərakəndə ticarətin inkişafında texnologiyanın rolu, süni intellektin mağazaların fəaliyyətinə və müştəri təcrübəsinə təsiri, əməkdaşların işinin texnoloji həllərlə dəstəklənməsi və investisiya qərarlarının əsaslandırılması müzakirə olunub.

Sessiyalarda texnologiya və süni intellektin tətbiqindən konkret biznes nəticələrinin əldə edilməsi, müştərilərin cəlbi və loyallığının artırılmasına diqqət ayrılıb. Rəqəmsallaşma şəraitində pərakəndəçilərin yerli icmalarla əlaqələri, onlayn ticarət platformaları və texnologiyalar vasitəsilə beynəlxalq bazarlara çıxış imkanları da müzakirə mövzuları arasında olub.

Məqaləyə qayıt