Məzmuna keçin

Xəbərlər - Ticarət Şəbəkələri - iqtisadiyyatın gücü!

Skip menu
Skip menu
AZ | EN
AZ  |  EN
AZ  |  EN
← Geri

TŞİİB II Azərbaycan-Böyük Britaniya Siyasət Dialoqunda təmsil olunub

Noyabrın 3-də Londonda keçirilən II Azərbaycan-Böyük Britaniya Siyasət Dialoqunda “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi (TŞİİB) təmsil olunub.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda (IISS) keçirilən tədbirdə iki ölkənin siyasi, işgüzar və ekspert dairələrinin nümayəndələri ikitərəfli münasibətlər, regional təhlükəsizlik və enerji əməkdaşlığı məsələlərini müzakirə ediblər.

Tədbir çərçivəsində TŞİİB Böyük Britaniyanın qərarverici dairələrinin nümayəndələri ilə Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının iqtisadi istiqamətində pərakəndə sektorunun rolu barədə fikir mübadiləsi aparıb. Söhbətlərdə iki ölkənin pərakəndə ticarət təşkilatları arasında əlaqələrin gücləndirilməsinin və bizneslərarası əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Məqaləyə qayıt