17 noyabr 2026-cı ildə İstanbulda Türkiyənin Qida Pərakəndəçiləri Dərnəyinin (GPD) təşkilatçılığı ilə keçirilən 12-ci Birgə İnkişaf Konqresində (12. Ortak Gelişim Kongresi) Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi İdarə Heyətinin sədri Araz İmanovun iştirakı ilə təmsil olunub.
Türkiyənin aparıcı pərakəndə şəbəkələrinin, istehsalçı və təchizatçıların, sahə birliklərinin, logistika və texnologiya şirkətlərinin nümayəndələrini bir araya gətirən konqres bu il “Bu dəyişikliyə nə dərəcədə hazırıq?” mövzusuna həsr olunub.
Konqresin gündəliyində dəyişən istehlakçı davranışları, rəqəmsal transformasiya və süni intellektin tətbiqi, təchizat zəncirlərinin dayanıqlılığı, ərzaq təhlükəsizliyi, qida itkilərinin azaldılması, istehsalçı və pərakəndəçi əməkdaşlığının gücləndirilməsi, eləcə də sektorun gələcək inkişaf modelləri əsas yer tutub.
TŞİİB-in bu platformada iştirakı beynəlxalq təcrübənin öyrənilməsi, Azərbaycan pərakəndə sektorunun inkişaf prioritetlərinin xarici tərəfdaşlarla müzakirəsi və institusional əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Xatırladaq ki, 2025-ci ildə keçirilmiş 11-ci Birgə İnkişaf Konqresi çərçivəsində TŞİİB ilə GPD arasında əməkdaşlığın genişləndirilməsini, bilik və təcrübə mübadiləsini, birgə təşəbbüsləri nəzərdə tutan niyyət protokolu imzalanıb. Bu ilki iştirak mövcud institusional tərəfdaşlığın davamlılığını və iki ölkənin pərakəndə sektorları arasında əməkdaşlığın inkişafına verilən önəmi əks etdirir.
TŞİİB beynəlxalq sahə birlikləri və biznes nümayəndələri ilə əlaqələrin gücləndirilməsini, qabaqcıl təcrübələrin öyrənilməsini və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsini Azərbaycan pərakəndə sektorunun uzunmüddətli inkişafının mühüm istiqamətlərindən biri hesab edir.
Konqresin təşkilinə və dəvətə görə GPD rəhbərliyinə və təşkilat komandasına təşəkkür edirik.
← Geri
Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi İstanbulda keçirilən 12-ci Birgə İnkişaf Konqresində təmsil olunub
17.11.2026




