Məzmuna keçin

Xəbərlər - Ticarət Şəbəkələri - iqtisadiyyatın gücü!

Skip menu
Skip menu
AZ | EN
AZ  |  EN
AZ  |  EN
← Geri

Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin sədri Araz İmanov İstanbulda GPD-nin sədri Alp Öndər Özpamukçu ilə görüşüb

İstanbulda keçirilən 12-ci Birgə İnkişaf Konqresi çərçivəsində Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin İdarə Heyətinin sədri Araz İmanov Türkiyənin Qida Pərakəndəçiləri Dərnəyinin (GPD) İdarə Heyətinin sədri Alp Öndər Özpamukçu ilə görüşüb.

Görüş zamanı Bakıda keçiriləcək Beynəlxalq Pərakəndə Forumu 2026-ya hazırlıq məsələləri, Azərbaycan və Türkiyənin pərakəndə ticarət sahəsində təcrübəsi, sektorun inkişaf tendensiyaları, eləcə də iki təşkilat arasında institusional əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Tərəflər pərakəndə sektorunun aktual çağırışları, qabaqcıl təcrübələrin qarşılıqlı öyrənilməsi və gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş 2025-ci ildə TŞİİB və GPD arasında imzalanmış niyyət protokolu əsasında inkişaf etdirilən əməkdaşlığın davamı baxımından əhəmiyyət daşıyır.

Məqaləyə qayıt