Məzmuna keçin

Xəbərlər - Ticarət Şəbəkələri - iqtisadiyyatın gücü!

Skip menu
Skip menu
AZ | EN
AZ  |  EN
AZ  |  EN
← Geri

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası ilə “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası ilə “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi arasında Anlaşma Memorandumu imzalanıb

Memorandum qida və içki istehsalçıları ilə pərakəndə ticarət şəbəkələri arasında dialoqun inkişaf etdirilməsini, yerli istehsalçıların müasir pərakəndə ticarət tələbləri barədə məlumatlandırılmasını, məhsulların keyfiyyəti və təhlükəsizliyi, təchizat və logistika məsələləri üzrə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Sənəd çərçivəsində sektorlararası məlumat və təcrübə mübadiləsi, işçi müzakirələr və biznes görüşləri də həyata keçirilə bilər.

Memorandum, eyni zamanda, qida və içki sənayesi, pərakəndə ticarət və əlaqəli sahələrə təsir edən normativ hüquqi akt layihələrinin hazırlanması və müzakirəsi zamanı sahəvi assosiasiyaların iştirakının gücləndirilməsini əhatə edir.

Tərəflər “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan ictimai müzakirə, ictimai dinləmə, yazılı məsləhətləşmə və hüquqi akt layihələrinin ictimai müzakirəsi formalarında iştirak etməklə üzvlərinin praktiki təcrübəsini, rəy və təkliflərini aidiyyəti qurumlara çatdırmağı qarşıya məqsəd qoyurlar.

Bu əməkdaşlıq sektorun mövqeyinin qərarların hazırlanmasının ilkin mərhələsində nəzərə alınmasına və daha aydın, səmərəli və tətbiq oluna bilən tənzimləmələrin formalaşdırılmasına töhfə verəcək.

Məqaləyə qayıt